Gürcü baş nazir: "Hakim partiyanı yüksək IQ-ya malik insanlar dəstəkləyir"

DÜNYA
15:37 / 10.05.2024
186

Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, hakim partiyanın tərəfdarları arasında yüksək səviyyəli intellektə malik insanlar üstünlük təşkil edir. 

HİT.az xəbər verir ki, o, bu barədə "Facebook" səhifəsində yazıb.

Kobaxidze sosial şəbəkədəki səhifəsində gənclər üçün uzun məktub dərc edib və bildirib ki, Gürcü Arzusu Partiyasının sifarişi ilə keçirilən sorğu göstərib ki, yüksək İQ səviyyəsinə malik seçicilər arasında siyasi birləşməyə dəstək daha çoxdur.

"Biz seçicilərin intellekt səviyyəsindən, yəni IQ-dan asılı olaraq "Gürcü Arzusu"nu dəstəklədiyini soruşduq və onları yüksək, orta və aşağı intellektli kateqoriyalara ayırdıq. Sorğu göstərib ki, martda "Gürcü Arzusu"nu seçicilərin 61%-i dəstəkləyib. Eyni zamanda, yüksək intellektə malik seçicilər arasında dəstəyimiz 73,8%, orta intellektli seçicilər arasında 45,6% təşkil edib", deyə Kobaxidze yazıb.

Siyasətçi sorğu ilə bağlı başqa təfərrüatlar açıqlamayıb.

Aydın

0