ABŞ Ukraynaya 400 milyonluq yardım paketi elan edəcək

DÜNYA
18:49 / 10.05.2024
190

Vaşinqton Ukraynaya 400 milyon dollar məbləğində əlavə hərbi yardım paketi elan edəcək.

HİT.az xəbər verir ki, bu barədə "Politico" yazıb.

“Rusiya Xarkova böyük hücuma başlayarkən Birləşmiş Ştatlar cümə günü Ukraynaya 400 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayacaq", deyə yazıda qeyd edilir.

Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna münaqişəsinin indiki mərhələsində Kiyevin Qərb müttəfiqlərinin heç də hamısı Ukraynaya yardım göstərməklə bağlı öhdəliklərini operativ şəkildə yerinə yetirmir. Eyni zamanda, Ukrayna prezidenti münaqişədə Kiyevə kömək edən bütün Qərb liderlərinə minnətdarlığını bildirib.

Mayın 9-da Ukrayna prezidenti Kiyevə silah tədarükünün ləng və kifayət qədər olmamasından şikayətlənib. Onun sözlərinə görə, bu iki nöqtə arasında mövcud olan məsafə “artıq kilometrlərlə deyil, təəssüf ki, artıq həftələr və aylardır”.

Samir

0