Viktor Orban: "2009-cu ildə müxalifətdə olarkən Si Szinpinlə razılığa gəlmişdim"

DÜNYA
21:12 / 10.05.2024
196

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, 2009-cu ildə müxalifətin lideri olarkən o zaman Çin Xalq Respublikasının sədr müavini olmuş Si Ssinpinlə Macarıstan və Çin arasında münasibətləri inkişaf etdirmək və möhkəmləndirmək barədə razılığa gəlib. 

HİT.az xəbər verir ki, bu barədə Macarıstan hökumətinin başçısı X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.

"2009-cu ildə Pekində Çin Xalq Respublikasının vitse-prezidenti, mən isə Macarıstan müxalifətinin lideri olduğum zaman biz Macarıstan-Çin münasibətlərini gücləndirmək barədə razılığa gəldik", deyə Orban bildirib.

Macarıstanın baş nazirinin sözlərinə görə, 15 il sonra Çin və Macarıstan 18 müxtəlif saziş imzalayıb və onlarla görüş keçiriblər.

Bundan əvvəl Si Szinpinin Budapeştə səfərindən sonra Macarıstan və Çinin birgə bəyanatında deyilirdi ki, iki ölkə dövlətlər arasında istənilən mübahisənin sülh yolu ilə həllini dəstəkləyir. Bəyanatda deyilir ki, Çin Avropa İttifaqı ilə hərtərəfli strateji tərəfdaşlığın inkişafına sadiqliyini bir daha təsdiqləyir.

Samir

0