Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? - AÇIQLAMA/VİDEO

İQTİSADİYYAT
21:50 / 24.04.2024
255

Azərbaycanda 1, 3 və 5 qəpiklər digər nominallarla müqayisədə daha az istifadə olunur. 

Bəzi şəxslər gündəlik alış-veriş zamanı onlara təqdim olunan bu qəpikləri götürməkdən imtina edirlər. 

Bəs, qəpiklərə belə laqeyd mövqe yarandığı təqdirdə bu pul vahidlərinə ehtiyac varmı?

Ekspertlər hesab edir ki, bu qəpiklər dövriyyədən çıxarılacağı təqdirdə iqtisadi inflyasiya qaçılmaz olacaq. 

Ətraflı aztv-nin hazırladığı videomaterialda izləyə bilərsiniz:


0