Azərbaycanda bu zavodun külli miqdarda vergi borcu yaranıb

İQTİSADİYYAT
11:47 / 07.05.2024
172

"Sumqayıt Aşqarlar" ASC-nin külli miqdarda vergi borcu yaranıb.

İqtisadiyyat.az xəbər verir ki, şirkətin hazırkı günədək yığılmış vergi borcunun məbləği 272 743,92 manat təşkil edir.

Qeyd edək ki, iyunun 30-da ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Yığıncaqda maliyyə məsələləri müzakirə ediləcək.

Xatırladaq ki, Sumqayıtda aşqar istehsal edən qurğu 1960-cı ildə ilk məhsulunu verib, 1966-cı ildə həmin qurğu əsasında müstəqil Sumqayıt Aşqarlar zavodu yaradılıb. Zavodun hüquqi varisi olan "Sumqayıt-Aşqarlar" ASC isə 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 596 004 manatdır. Qanuni təmsilçisi ASC-nin Baş direktoru Rasim Dadaşevdir.

0