Yarım milyonluq “Kür Mehmanxanası” bağlandığı üçün əmlakı bölünəcək

İQTİSADİYYAT
12:07 / 10.05.2024
224

Ləğv prosesində olan “Kür Mehmanxanası” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, yığıncağın iyunun 24-də keçirilməsi nəzərdə tutulub.

Yığıncaqda cəmiyyətin ləğvi ilə əlaqədar olaraq ASC-yə məxsus Şirvan şəhəri, M.Ə.Rəsulzadə pr. 11 ünvanında yerləşən əmlakın bölünməsi və digər məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, "Kür Mehmanxanası" 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 443 582 manatdır. 

0