Şəhərin göbəyində ölüm yolu - Niyə göz yumurlar?

HADİSƏ
16:33 / 25.04.2024
384

Nəcəfqulu Rəfiyev küçəsinin sakinlərindən redaksiyamıza şikayət daxil olub.

Küçə sakinləri Hit.az-a zəng vuraraq, bildirblər ki, uzun müddətdir küçədə , Fövqəladə hallar nazirliyinin düz yanında yeni bir bina tikilir. Binanın tikintisi başa çatıb və hazırda həyətində yol çəkilməsi işləri gedir, ağır texnika cəlb olunub. Bütün bunlar yaxşıdır, di gəl ki, o ərazidə işləyən hər kəs maşınlarını piyada səkilərinin üstündə saxladıqları üçün sakinlər  avtomobil yolu ilə hərəkət etməli olurlar:

“Hər gün işə bu ölüm yolu” ilə gedirik. Avtomobillərin piyadaların yollarını kəsməsinə nədənsə hamı göz yumur. Bu çətin vəziyyət aradan nə zaman qaldırılacaq?

Qeyd edək ki, eyni şikayəti bir dəfə də gündəmə gətirmişik. Bir neçə gün vəziyyət düzəlsə də,  2-3 gün sonra yenidən  əvvəlki vəziyyət yaranıb.
Problemlə bağlı tikinti şirkəti ilə əlaqə saxlamağa çalışsaq a nəticə almadıq.

Məsələni diqqətdə saxlayacağıq.

Murad

0