Azərbaycanda müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO

HADİSƏ
11:21 / 05.05.2024
399

Azərbaycanda müğənni ağır qəzaya düşüb.

Manset.az-ın əldə etdiyi məlumata görə, hadisə dünən Şəmkir rayonu ərazisində baş verib. 

Müğənni Həbib Rzayev (Şəmkirli) idarə etdiyi "Nissan Murano" markalı avtomobildə oğlu ilə birlikdə qəzaya düşüb. Qəzada müğənninin 17 yaşlı oğlu İlkin Rzayev dünyasını dəyişib.

Qeyd edək ki, qəzaya düşən müğənni Həbib Rzayev (Şəmkirli) qərb bölgəsinin tanınmış toy müğənnilərindən biridir.

0