Musa Qurbanlı “Yurqorden”dən ayrılır? - Klubdan açıqlama

İDMAN
23:38 / 22.04.2024
411

İsveçin “Yurqorden” klubunun idman direktoru Bosse Andersson komandanın azərbaycanlı hücumçusu Musa Qurbanlı haqqında danışıb. 

Yenisabah.az xəbər verir ki, klub rəsmisi "Sportbladet"ə açıqlamasında Musanın az oynadığına görə komandadan ayrılmaq istəməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

O, 22 yaşlı futbolçunun kluba belə bir fikirdə olduğunu demədiyini qeyd edib: "İndi transfer pəncərəsi bağlıdır. Biz heç bir müzakirə aparmırıq. Bəli, Azərbaycanda media onu çox izləyir. Amma Musa ayrılmaq istədiyini bizə deməyib. Onunla yaxşı dialoqumuz var. Təbii ki, bir futbolçu kimi oynamasan, məyus olursan. Musada da durum belədir". 

Qeyd edək ki, Musa Qurbanlı İsveç çempionatının son iki turunda "Yurqorden"in iştirak ərizəsində yer almayıb. “Yurqorden”ə ötən ilin yayında “Qarabağ”dan keçən Musa Qurbanlının klubu ilə 2026-cı ilin iyununa qədər müqaviləsi var. 

0