“Barselona” futbolçusuna yarım milyard avro qiymət qoydu

İDMAN
21:16 / 09.05.2024
426

“Barselona” müdafiəçisi Pau Kubarsi ilə müqaviləsini yeniləyib.

Bu barədə klubun saytı məlumat yayıb. 17 yaşlı futbolçu ilə yeni sözləşmənin müddəti 30 iyun 2027-ci il tarixinədək nəzərdə tutulub. 

Müqavilədə 500 milyon avroluq təzminat bəndi də var. Kubarsini almaq istəyən klublar sözləşməyə xitam vermək üçün bu məbləği ödəməli olacaqlar. 

Qeyd edək ki, Pau cari mövsümdə La Liqada 15, Çempionlar Liqasında isə 3 oyun keçirib.//Qafqazinfo.az

 

0