Rəqsanədən saxlanılması ilə bağlı açıqlama - VİDEO

MAQAZİN
16:55 / 04.04.2024
449

Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılovanın Moskvada saxlanılması ilə bağlı xəbər yayılıb.

HİT.az-ın məlumatına görə, sənətçi bununla bağlı paylaşım edib. Rəqsanə yazılanların həqiqətə uyğun olmadığını deyib.

"Boş-boş başınızı ağrıtmayın. Mənə heç bir şey olmayıb. Yalan məlumatlardır. Mənim üçün narahat olduğunuz üçün çox sağ olun. Evimdəyəm, Moskvadayam. Ayın 10-dan sonra da Azərbaycanda olacağam. Heç bir problemim də yoxdur. Heç bir şey olmayıb. Evimdəyəm, ailəmləyəm" deyə, o, videoaçıqlamada deyib.

Qeyd edək ki, R. İsmayılovanın Moskvada saxlanılması ilə bağlı xəbəri ilk olaraq APA Rusiya teleqram kanallarına istinadən yayıb.

0