Kral ailəsi şahzadə və Meqanın oğlunu təbrik etmədi

MAQAZİN
23:34 / 07.05.2024
455

Kral ailəsi şahzadə Harrinin və hersoginya Meqan Marklın oğlununu doğum gününə məhəl qoymayıb. 

HİT.az xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.

Jurnalistlər kral ailəsinin üzvlərinin mayın 6-da beş yaşı tamam olan Arçini açıq şəkildə təbrik etməməsinə diqqət çəkiblər. Ənənəyə görə, Kral III Çarlz, kraliça Kamilla, Keyt Middleton və şahzadə Uilyam qohumlarından birinin ad günü olanda rəsmi sosial media hesablarında fotolar yerləşdirirlər. 

Aprel ayında Böyük Britaniya kralının kiçik oğlunun Londona uçacağı məlum olub. Mayın 8-də şahzadə Harri Müqəddəs Pavel Katedralində İnvictus Oyunlarının 10-cu ildönümünü qeyd etmək üçün çıxış edəcək. Sasseks hersoqunun səfəri ilə bağlı məlumatı tədbirin nümayəndəsi təsdiqləyib. Eyni zamanda Meqan Markl mərasimə qatılmayacaq. Bioqraf Tom Quinnin sözlərinə görə, şahzadə Uilyam və Keyt Middleton hersoginyanın uşaqları ilə Kaliforniyada qalacağını öyrəndikdən sonra "rahat nəfəs alıblar".

Samir

0