Niyə qadınlar kişi, kişilər qadın olmağa çalışır?

MARAQLI
22:22 / 06.05.2024
509

Qəribə bir tendensiya yaranıb. Son günlər sosial şəbəkələrdə qarşıma tez-tez qəribə videolar çıxır.

Ona görə qəribə deyirəm ki, kişilər qadın. Qadınlar kişi kimi görünməyə can atırlar. Oğlanlar qızlar kimi burcuda-burcuda rəqs edir, qadınlar kişi stilində geyinib , kişilər kimi oynayırlar.

Ən pisi isə budur ki, bunu ermənilər də görür ,müzakirəyə çıxarırlar. Bizim qadınların süniliyə bu qədər can atmasını anlamadıqlarını deyirlər. 

Hamının əlləri quş caynağı kimi dırnaq. Saç , kiprik qaynaq. Böyük ombalar, böyük dodaqlar, incə burunlar. Bütün bunlar özümüzü qəbul etməməyimizin  göstəricisidir. Axı niyə Azərbaycan qadını öz təbii gözəlliyini rədd edir. Ondan kompleks duyur. Bu da azmış kimi qadın olmaqdan çıxıb , kişi görüntüsü əldə edir? Kişilik bu qədər gözəldirsə, onda bir çox kişilərimiz niyə qadın kimi qaş aldırıb, üz- gözlərini bəzəyib, qadına oxşamağa çalışırlar. Bəziləri  o qədər nazlı-duzlu davranır ki, bunu heç dünya gözəli olan qızlar da bacarmır.

Kimin lənətinə, qəzəbinə gəlmişik görəsən. Biz niyə özümüz ola bilmirik? Nədi dərdimiz?

Murad

0