Gizli səs yazanların və video çəkənlərin nəzərinə - Cəzalana bilərsiniz

MARAQLI
18:14 / 07.05.2024
496

Son zamanlar tez-tez sosial şəbəkələrdə gizli səsyazmalar və video çəkilişlər üzündən  baş verən ailə faciələri barədə eşidirik. Və yaxud kimsə belə səsyazma və video görüntülərlə başqasını şantaj edir.

Bəs bu cinayət işi ayılır?

Hit.az-ın sualına cavab verən vəkil Əli Qənbərov qeyd edib ki, Azərbaycan Konstitusiyasının 32-ci maddəsinə əsasən, qanunda göstərilən hallar istisna olmaqla heç kəsin özünün razılığı olmadan səs yazısı aparıla, görüntüləri çəkilib, yayıla bilməz.

Belə hərəkətə yol verən şəxslər Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən, 1000 manatdan 2000 manatadək cərimə, 240 saatdan 400 saata qədər ictimai iş və 1 ilə qədər islah işləri ilə cəzalandırılır.

Murad

0