Şam yandırmaqla varlanmaq mümkündür?

MARAQLI
20:40 / 07.05.2024
624

Bu gün sosial şəbəkədə müxtəlif rəngdə kilsə şamları adı altında şamlar satılır.

Sosial şəbəkə səhifələrində həmin şamların geniş reklamı aparılır. 

Bildirilir ki, yaşıl şam ruzi yetirir, qırmızı sevgi qapılarını açır, sari niyyət, mavi uğur, qara rəngli şam isə cadunu təmizləyir. Bu rəngli şamlara təlabat yüksəkdir. Qiymət isə şamın ölçüsündən asılı olaraq dəyişir. Məsələn, yaşıl rəngli ruzi şamı 13 sm 50 qəpik, müxtəlif otlardan və üzərinə dua oxumuş uğur şamı adlanan isə 15 manata təklif olunur. 

Maraqlıdır, bu şamlar deyildiyi ruzi, sevgi, uğur yollarının qapısını açırmı?

İlahiyyatçı Tural İrfan Hit.az-a bildirib ki, bəzi dinlərə xas rituallar, atributlar var:

“Şam yandırmağın, onun vasitəsi ilə ruzi, bərəkət, uğur ummağın dinə aidiyyatı yoxdur. Olsun ki, bir qisim insanlar buna inanır və ola bilsin təcrübədən keçiriblər. Dinimizə görə sevgi də, uğur da, ruzi də Allahın əlindədir. Onu cəlb etmək üçün də ancaq dua etmək lazımdır. Dua edərkən də hansısa vasitəyə, şama ehtiyac yoxdur. Allah eşidəndir, biləndir. Ancaq bəzi dinlərdən keçmə də ola bilər. Çünki xristianlıqda şam yandırmaq ənənəsi var”.

Sevinc

0