Bakı Türk Liseyinin 2024-cü il buraxılış uğuru

ÖLKƏ
17:45 / 19.04.2024
164
Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdləri bu il yüksək nəticə göstəriblər.
 
HİT.az xəbər verir ki, liseyin buraxılış imtahanı vermiş XI sinif şagirdləri Hacızadə Nihad Samir oğlu və Quliyeva Leyla Eldar qızı bütün suallara doğru cavab verərək 300 bal toplayıb.
 
Bundan başqa 9 şagird 298 bal, 14 nəfər isə 295-297 bal toplayıb.
 
Ümumilikdə 148 məzundan 95-i (64 %) 280-300, 148 məzunumuzdan 145-i isə (97 %) 250-300 bal arası nəticə göstərib.
 
78 məzun ( 52%) müxtəlif fənlərdən (İngilis dili-51 nəfər, riyaziyyat-50 nəfər, Azərbaycan dili-13 nəfər) 100 % nəticə əldə edib.
 
Fənnlər üzrə bütün şagirdlərin ortalama göstəricisi ingilis dili üzrə 96 %, riyaziyyat üzrə 94 %, Azərbaycan dili üzrə isə 92 % olub.
 
Qeyd edək ki, Bakı Türk Liseyinin 115 şagirdi (77 faiz) xarici ölkə universitetlərinə hazırlaşır.
 
0