İlin bu vaxtında "Şampo" dərdi...

ÖLKƏ
20:26 / 24.04.2024
140

Türkan qəsəbəsindən redaksiyamıza şikayət daxil olub.

Qəsəbə sakini Camal Heydərli Hit.az-a bildirib ki, qəsəbənin  bir çox ərazilərində kanalizasiya xətləri çəkilmədiyi üçün insanlar həyətlərində quyu qazıb (bu quyulara "Şampo" deyilir) çirkab suları ora axıdırlar.

Şampo  tez- tez dolduğu üçün xüsusi avtomobillər çağırıb, onların içini boşaltdıırırq. Amma bu az pul eləmir. Həm şampolar həyət-bacadan, ümumilikdə qəsəbədən pis qoxunun yayılmasına səbəb olur. Türkanda yeni salınan, tikilən küçələr çoxdur. Küçələr sıra ilə planlı şəkildə salınıb. Kanalizasiya xətləri niyə çəkilmir, buna cavab verən yoxdur”.

Hit.az-ın sorğusuna cavab olaraq , Türkan qəsəbə bələdiyyəsindən bildirildi ki, məsələ ilə bağlı onlara dəfələrlə müraciət edilib və onlar da əlaqədar qurumlara müraciət göndəriblər:

“Müraciət etmişik, deyiblər gözləyin, planda var. Yəqin dövlətin öz planı, öz hesabı var. Bu məsələ diqqət mərkəzində saxlanılır”,- deyə bildirilib.

Bax belə, hörmətli qəsəbə sakinləri, bir qədər də gözləmək lazımdır. 

Hər halda Türkanda kanalizasiyalarla bağlı vəziyyət Bakının daha sıx məskunlaşmış ərazilərinə nisbətdə daha yüngüldür. Çünki  xətlərin keçəcəyi yerlər var. Qalır ümid və səbir eləmək.

Murad

0