Bakıda restoranda qutab bişirən qadının dişlərini oğurladı - 3 illik həbs edildi

ÖLKƏ
23:42 / 24.04.2024
149

Bakıda restoranda qutab bişirən qadının taxma dişlərini oğurlayan şəxsə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, hadisə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospektində yerləşən "Turan.A" restoranında baş verib.  

Restoranda çalışan qadın qutab hazırladığı otaqda dolabın üzərinə çantasını qoyub. 1982-ci ildə Sumqayıtda anadan olmuş Zöhrab Cabirov (ad-soyad şərti) sözügedən restorana icazəsiz daxil olaraq qutab bişirən qadına məxsus 30 manata aldığı, içərsində 400 manat dəyərində taxma diş, 800 manat nəğd pul və şəxsiyət vəsiqəsi olan qara rəngli əl çantasını oğurlayıb. 

Zöhrab polis tərəfindən saxlanılıb. Məlum olub ki, təqsirləndirilən şəxs sonuncu dəfə 2021-ci ildə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum edilib, 14 noyabr 2023-cü il tarixdə azadlığa çıxıb. 

Məhkəmənin qərarı ilə Zöhrab Cabirov Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 3 il 3 ay müddətə azadlıqdan məhrum edilib.

0