Ağdam Cümə məscidinə axund təyinatı ilə bağlı AÇIQLAMA

ÖLKƏ
18:45 / 29.04.2024
167

İşğaldan azad olunan Ağdamda tarixi Cümə məscidi bərpa edildi. Ötən həftə Azərbaycan və Qırğızıstan prezidentlərinin Qarabağa birgə səfəri zamanı “Allah evi”ndə ilk dəfə azan verildi.

Bəs QMİ məscidə axund təyin edibmi? Məsciddə camaat və ya cümə namazları nə vaxt qılınacaq?

Mövzu ilə bağlı Qafqaz Müsəlmanları İdarəsindən Musavat.com-a bildirilib ki, hələ ki, əhalinin köçürülməsi prosesi başlamadığından cümə namazları və gündəlik namazlar qılınmır: "Əhalinin köçü başlayanda məscid də fəaliyyətə başlayacaq".

Qurumdan o da qeyd edilib ki, bu səbəblərdən dolayı hələki məscidə axund təyin olunmayıb.

0