“Sumqayıt şəhəri saxta yuyucu vasitələrin hazırlanması üçün məşhur olan bir ərazidir”

ÖLKƏ
19:26 / 06.05.2024
201

“Sumqayıt şəhəri saxta yuyucu vasitələr, duz, kimyəvi məhsulların hazırlanması  üçün məşhur olan bir ərazidir”.

Bu sözləri Hit.az-a Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, bu cür təhlükəli və insan sağlamlığını riskə satan vasitələr rahat şəkildə Sədərək bazarında satılır:

 “Ciddi marketlər isə bu cür məhsulları qəbul etmir. Keyfiyyətsiz və saxta məhsullar Bakıətrafı ərazilərdə qanunsuz olaraq , istehsal edilir. Heç bir nəzarət, yoxlama olmadan, hər hansı standartlar gözlənmədən necə gəldi istehsal edilən yuyucu və gigiyenik vasitələrdən istifadə insan sağlamlığı üçün çox böyük təhlükədir”.

Sevinc

0