Kollec bitirənlərin nəzərinə - İmtahansız ali məktəb tələbəsi ola bilərsiniz

ÖLKƏ
15:40 / 07.05.2024
26764

May ayının 11-dən 30-na qədər  kollec məzunları sənədlərini təqdim etməklə ali məktəblərə imtahansız qəbul ola biləcəklər.

Hit.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, hansı ildə daxil olmağından asılı olmayaraq, kollec məzunları öz ixtisaslarına  və ballarına uyğun gələn yerlər üzrə təhsil ala bilərlər:

"İxtisas seçimində diqqətli olmaq lazımdır. Tutaq ki, kompüter biliklərini qurtaran subbakalavr gedib tarix üzrə ali təhsil ala bilməz. Əgər seçim etdiyi ali məktəbdə  boş yer qalıbsa , ali məktəbə qəbul imkanı var. Hamı qəbul ola bilər , deyə qayda yoxdur. Yer yoxdursa,   qəbul olmaya da  bilərlər. Təhsil mütləq şəkildə pullu olur və 4 il davam edir. Qeyd edim ki, qiyabi təhsil almaq istəyənlər daha çox bala sahib olmalıdırlar. İxtisas seçimi avqust ayında başlayacaq".

Murad

6