“Otello” tamaşası onlayn təqdim olunacaq

MƏDƏNİYYƏT
09:45 / 23.05.2020
1239

Dövlət “Yuğ” Teatrı mərhum rejissor Vaqif İbrahimoğlunun quruluşunda hazırlanmış “Otello” (U.Şekspir) tamaşasını sosial şəbəkədəki hesabları vasitəsilə virtual şəkildə təqdim edəcək.

Hit.Az xəbər verir ki, mayın 23-də nümayiş etdiriləcək səhnə əsərində rolları Xalq artisti Məmməd Səfa Qasımov, Əməkdar artistlər Yaqut Paşazadə və Qasım Nağı ifa edir.

Tamaşa saat 19:00-da teatrsevərlərin ixtiyarına veriləcək.

0