Ölkədə niyə müharibə filmləri çəkilmir?

MƏDƏNİYYƏT
22:06 / 01.05.2024
364

Artıq Qarabağ zəfərimizdən 4 il zaman keçib. Ortalıqda müharibəni və bu müharibədəki  böyük qələbəmizi əks etdirən fundamental bir əsər yoxdur. 

Bizim buna yaradıcı potensialımız çatmır, yoxsa pulumuz?

Hit.az-ın sualını kinoprodüsser Orxan Mərdan çavablandırıb.

"Bizim bunu çəkmək üçün hər cür yaradıcı imkanımız var. Texniki baxımdan  da hazırıq. Amma ortalıqda zəfərimiz lazımi şəkildə əks etdirəcək güclü əsər yoxdur. Buna görə mənim rəhbərlik etdiyim Kino Sənayesinin İnkişafı Birliyi  ssenari müsabiqəsi keçirəcək. Aktyorlarımız var, hansı rolu desən “Oskar”lıq səviyyədə oynaya bilərlər. Yüksək potensialı olan rejissorlarımız var. Olmayan tək şey puldur. Pul ayrılmalıdır. Bu filmin bütün dünyada göstərilməsini istəyiriksə  3 milyon,  yox  yerli bazar,  yerli tamaşaçı kütləsi üçün nəzərdə tutulursa,  200-300 min manata ehtiyac var. Bu pul ayrılsa,  günü sabahdan hazırlıqlara başlamaq olar. Bir gün bu xalq bizi bu filmi çəkmədiyimiz üçün qınayacaq və haqlı olacaq”- deyə o qeyd edib. 

Murad

0