Mədəniyyət Nazirliyi niyə hərəkətə keçmir?

MƏDƏNİYYƏT
20:30 / 01.05.2024
368

Ölkəmizdə fəaliyyət göstərən bir sıra mədəniyyət ocaqlarında vacib vakansiyalar boş qalıb.

Məsələn Gənc Tamaşaçılar Teatrında baş rejissor vakansiyası boşdur. 

Hit.az-ın məlumatına görə, teatrın əməkdaşları tərəfindən  bu vəzifəyə rejissor Nicat Kazımovun namizədliyi irəli sürülsə də, onun rejissor təhsili almadığı əsas gətirilərək , təsdiq edilmir. Halbuki bundan öncə bir neçə teatrlarda  rejissorluq üzrə ali təhsil almamış aktyorlar (məsələn Şarovski) baş rejissor təyin ediliblər.

Akademik Milli Dram Teatrında direktor vəzifəsini əvəzedici icra edir.

Xalça Muzeyi də uzun müddətdir direktorsuz qalıb.

Bəs buna səbəb nədir?

Minlərlə əməkdaşı olan nazirlikdə bu vəzifəni tutmağa layiq, yerinə yetirə biləcək xadim yoxdurmu?

Əlbəttə var. Amma görünür işin içində başqa iş də var. O nə işdir,  bunu dəqiqləşdirməyə çalışırıq. Hərçənd əlimizdə əsaslı dəlillər var. Bununla bağlı məsələlər kökündən araşdırılacaq.

Murad

0