Günəbaxan tumunun qabığını yemək kor bağırsağa təsir edir?

SAĞLAMLIQ
20:31 / 10.05.2024
341

Yəqin  el arasında günəbaxan tumunu qabıqlı yeyən uşaqlara “qabıqlı yemə, kor bağırsağına dolacaq” kimi ifadələrin deyildiyini eşitmisiniz.

Belə bir inam gəzir ki. mədəyə gedən meyvə tumları, günəbaxan tumu qabıqları korbağırsaqda toplanaraq,  onun partlamasına səbəb olur. Bu həqiqətdir?

Hit.az-ın sualına cavab verən pediatr, cərrah Kəmalə Dadaşova bildirib ki, bu əslində əfsanədən başqa bir şey deyil:

“Bunu nə zamansa bəlkə  bir cərrah xəstəyə izah edib, bu da dildən -dilə dolaşıb. Apendiks ona tum qabıq dolması nəticəsində partlamır. Bu bağırsaq adətən boş olur. Onun içinə hər hansı bir bağırsağa düşən maddə düşüb iltihab yaradarsa o, kəskin ağrı verir”,- deyə həkim qeyd edib.

O əlavə edib ki, orqanizmdə heç bir funksiya oynamayan bu orqanı bəzi ölkələrdə uşaq anadan olanda ləğv  edirlər:

“Kosmosa isə bildiyimə görə, kosmonavtları  kor bağırsağı kəsib xaric etmədən göndərmirlər. Maraqlı orqandır. Onun haqqında çoxlu əfsanələr dolaşır”, deyə o bildirib.

Murad

0