“Deyirlər üzü bəriyəm”- Xalq artisti

MƏDƏNİYYƏT
17:01 / 10.05.2024
328

Bir müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən Xalq artisti, Şuşa dövlət Teatrının rəhbəri Yadigar Muradovdan xəbər var.

Xəstəliyi səbəbi ilə səs tellərində problem yaranmış Xalq artisti  Hit.az-a çox göz önündə olmaq istəmədiyini bildirib.

“Şuşaya səfərə gedirik. Şuşanın özəl günlərində Şuşa teatrı orada olmalıdır. Şuşaya köçüb orada fəaliyyət göstərəcəyimiz günləri səbirsizliklə gözləyirik”,- deyə o bildirib.

“Öz səhhətimə gəlincə, şükür Allaha, yaxşıyam. Həkimlərim deyir üzü bəriyəm. Üzü o tərəfə deyiləm hələlik”-deyə o zarafatla bildirib.

Murad

0