Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırıldı

SİYASƏT
18:03 / 06.05.2024
481

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il mayın 6-dək 40 sərhəd dirəyi quraşdırılıb.

HİT.az xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Xidməti məlumat yayıb.

İki dövlətin ekspert qruplarının işi davam edir.

0