10 may görüşündən gözləntilər nələrdir? - RƏY

SİYASƏT
11:22 / 08.05.2024
389

Məlum olduğu kimi, 10 mayda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Qazaxıstanda görüşəcəklər.

Ceyhun Bayramov və Ararat Mirzoyan arasındakı görüş Almatı şəhərində keçiriləcək. 

Ümumiyyətlə, Azərbaycan və Ermənistan XİN başçılarının görüşündən gözləntilər nələrdir? 

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən politoloq Rizvan Hüseynov bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda keçirəcəkləri görüşdə pozitiv ritorika ola bilər:

349691

"Sözügedən görüşdə Bakı ilə İrəvan arasında olan pozitiv ritorika inkişaf etdiriləcək. Bu pozitiv ritorikanın əsas səbəblərindən biri Ermənistanın Qazaxın 4 kəndini Azərbaycana qaytarmasıdır. Bu addım tərəflər arasında çox pozitiv mühit və yeni danışıqlar üçün zəmin yaratdı". 

Ekspert görüşdən gözləntilər barədə isə bunları deyib:

"Ümid edək ki, 10 may görüşündə sülh müqaviləsinin hazırlanması ilə bağlı ciddi addım atılacaq. Tərəflər arasında həll olunmayan məsələlərdən ən vacibi Zəngəzur dəhlizinin açılmasıdır. Görüşdə Azərbaycanla Ermənistan bu prinsipial məsələdə də razılığa gəlsə, pozitiv dinamika təsdiqlənəcək. Hələ ki, 10 may görüşünü və nəticələrini gözləmək lazımdır. Ondan sonra sülh danışıqlarında pozitiv dinamikanın artdığını, yoxsa hansısa əngəllərin olduğunu görəcəyik".

Pərviz

0