“Tarix Azərbaycandan aldıqlarını geri qaytarır” - Fəzail Ağamalı

SİYASƏT
19:24 / 08.05.2024
262

“Zəngəzura dönüş, həm də qalib kimi dönüş mənim ən böyük arzum olub. Allah bu arzunu görməyi mənə nəsib elədi. Biz tezliklə o torpaqlarda olacağıq. Bunun üçün ən önəmli addımlar atılıb”.

Bu fikirləri Hit.az-a deputat Fəail Ağamalı bildirib.

“Bu gün Şuşaya ik köç gedir. İllər öncə Şuşadan ilk köç gəlmişdi. Bu xalq olaraq , bizi çox incitmiş, mənən yaralamışdı. Bu gün yaralarımız sağalır. Həyat öz axarına düşür, torpağın əsl sahibləri geri dönürlər. Talamaq üçün yox, qurmaq, yaratmaq, yenidən kök salmaq, ocaqlarımızı alovlandırmaq üçün dönürük. Bütün dünyaya Azərbaycanın qüdrətini, gücünü və humanizmini  göstərərək , dönürük.  Tarix Azərbaycandan aldıqlarını geri qaytarır, zaman xeyrimizə işləyir”,- deyə o bildirib.

Murad

0