Daha bir sürücüsüz taksiyə hücum etdilər - FOTOLAR

DÜNYA
10:35 / 13.02.2024
351

ABŞ-də dəhşətli bir hadisə yaşanıb.

Hit.az xəbər verir ki, "Google" şirkətinin avtomobil istehsalçısı "Waymo"nun San-Fransiskoda bir modeli yandırılıb.

Belə ki, bir qrup şəxs tərəfindən sürücüsüz idarə olunan taksi maşınına hücum olub. Avtomobilə ziyan verən insanlar onu yandırıblar. 

Hadisə ilə bağlı araşdırma başladılıb. Lakin polis hələlik səbəblərin nə olduğu ilə bağlı açıqlama verməyib. İlkin təxminlərə əsasən, "Waymo"nun həddindən artıq yavaş hərəkət etməsi bu addıma gətirib çıxarıb. Nəzərə almaq lazımdır ki, sözügedən avtomobil çox yavaş hərəkət etdiyi üçün tez-tez tıxaclara səbəb olur. 

Qeyd edək ki, "Waymo" bir müddətdir sürücüsüz taksi xidməti göstərirdi. San-Fransisko əhalisi isə sürücüsüz taksi xidmətinə etiraz edir. Onlar, ötən il də sürücüsüz avtomobillərə qarşı bənzər etiraz aksiyaları həyata keçiriblər. Ən böyük etiraz isə "Cruise" şirkətinin avtomobillərinə qarşı olmuşdu. 

Pərviz

0