Məşhurların cinayətinə göz yumulmalıdır?

HADİSƏ
20:11 / 26.07.2024
466

3 gündür sosial şəbəkələrdə Ağadadaş Ağayevin əlinə balta alıb, mühafizəçiyə hücum etməsi müzakirə olunur. 

Bu hadisə cəmiyyəti əməlli başlı balta ilə iki yerə bölüb.

Bir qrup Xalq artistidir, onu döymək olmaz deyir, əməlinə haqq Qazandırır, bir qrup isə " Qanun hamı üçün şahdır " prinsipi ilə düşünür.

Əslində hesab edirəm ki, haqlı olanlar da ikinci qrupdur. Qanun hamı üçün qanun olmasa, qolu güclü olan, imkanı, arxası, tanış- bilişi çox olan əlinə balta alacaq, əməlinin cəzasız qaldığını bilərək, istədiyini edəcək.

Bu dəfə hadisə mühafizəçinin başına gəlib. Gələn dəf həmin qurban hər hansı birimiz ola bilərik. İstənilən xəstəlik,  əsəb, ruh halı cinayət törətməyə haqq vermir.

Xəstədirsə,  təcrid edilməli, müalicə almalıdır. 

Əhmədin balta ilə 5 ailə üzvünü ən qəddar şəkildə məhv eləməsi hadisəsinin üzərindən çox vaxt keçməyib. Bu bizə dərs olmalı idi.

Təəssüf ki, unuduruq, çox tez unuduruq...

Murad

0