İsrail prezidenti: "Qəzzada fələstinlilərin əzab çəkməsi ürəyimi parçalayır"

DÜNYA
13:25 / 22.04.2024
135

"Qəzzada fələstinlilərin əzab çəkməsi ürəyimi parçalayır".

HİT.az xəbər verir ki, bu sözləri İsrail prezidenti İsaak Hersoq "Bild"in baş redaktorunun müavini Paul Ronzhaymerə müsahibəsində deyib. 

İsrail prezidentinin əsas tezisləri:

Qəzza sakinləri haqqında - Hersoq "fələstinli qonşuları" üçün narahatlığını ifadə edib: "Ürəyimi parçalayır ki, HƏMAS-ın Qəzza zolağındakı terroruna görə onları bu dəhşətli vəziyyətə sürükləyirlər. Lakin onlar (HƏMAS-red.) bu hücuma başladılar və müharibə başladı. Bu, HƏMAS-ın Fələstin xalqının başına gətirdiyi faciədir".
 
İsrailli girovlar haqqında - Ürəyimiz qan ağlayır. Qəzzada 133 israilli var. Onların harada və necə olduqlarını heç kim bilmir. Bu, təkcə onların ailələri, əzizləri üçün deyil, bütün xalq üçün böyük faciədir. Və girovların qaytarılması əsas prioritetdir ki, biz bu müharibəni üfüqdə bitirmək şansını görə bilək. Hər şey HƏMAS lideri Yəhya Sinvarda başlayır və bitir. Qərar verən odur. Biz onu ölü və ya diri tutmalıyıq".
 
İranın zərbəsi haqqında - Hersoqun sözlərinə görə, Tehran vətəndaşlarının həyat keyfiyyətini yaxşılaşdırmaq əvəzinə, terrorun yayılmasına milyardlarla dollar ayırır, İsrailin gücü və imkanlarını səhv qiymətləndirir. Siyasətçi əmindir ki, "dünyanın doyacağı" an gələcək və İran xalqı rejimə qarşı ayağa qalxacaq.
 
Avropanın İrana münasibəti haqqında - "Əgər onlar (Avropa) oyanmasalar, bacardıqları qədər güclü olmasalar və NATO daxilində mövcud olan koalisiya ilə bu pis imperiyaya qarşı mübarizə aparmasalar, Avropa gələcəkdə bunun əvəzini ödəyə bilər".

Samir

0