Çexiya Rusiya diplomatlarının Aİ daxilində hərəkətini məhdudlaşdırmaq istəyir

DÜNYA
14:27 / 22.04.2024
146

Çexiyanın xarici işlər naziri Yan Lipavski yenidən Rusiya diplomatlarının Avropa İttifaqı (Aİ) daxilində hərəkətinin məhdudlaşdırılmasını təklif edib. 

HİT.az xəbər verir ki, bu barədə "Euractiv" məlumat yayıb.

Onun sözlərinə görə, Avropa İttifaqı Rusiya Federasiyasından gələn casusluq təhlükəsi ilə mübarizə üçün "yeni alətlər" hazırlamalıdır.

"Bazar ertəsi Rusiya casuslarının "Şengen" vasitəsilə hərəkətinin qarşısını almaq üçün təkliflərimi təkrarlayacağam. Buna tez nail olmaq olar", deyə Lipavski Moskvaya casusluqda ittiham olunan iki Almaniya vətəndaşının həbsini şərh edərkən bildirib.

Çexiyanın təklifi rus diplomatlarına viza verildiyi ölkədən başqa bütün Aİ ölkələrinə səfərlərinin qadağan edilməsidir.

"Eyni zamanda, siyasi birliyin bir sıra ölkələri Praqanın təşəbbüsünün "Şengen" qaydalarını və Diplomatik Münasibətlər üzrə Vyana Konvensiyasını poza biləcəyindən narahatdırlar", deyə mətndə deyilir. 

Həmçinin Aİ-nin bir neçə dövləti rus diplomatları üçün saxtalaşdırılması çətin olan məcburi biometrik pasportların tətbiqini təklif ediril.

Bundan əvvəl məlum olub ki, Avropa İttifaqı rusiyalı diplomatlarla bağlı ittifaq daxilində hərəkətə mümkün məhdudiyyəti müzakirə edir. Qeyd olunub ki, ötən həftə Aİ-nin Rusiya Federasiyasına qarşı növbəti sanksiyalar paketi üzrə danışıqlar çərçivəsində Çexiya müvafiq təkliflər yayıb.

"Financial Times"ın yazdığına görə, Çexiya rus diplomatlarının təmsil etdiyi potensial kəşfiyyat agentlərinin dövlətlər arasında sərhədlərin olmaması səbəbindən guya Aİ ölkələrində hərəkət etməsindən narahatdır.

Samir

0