Ukraynaya yardım ayrıldı: Müharibədə dönüş nöqtəsi yaranacaq?

DÜNYA
15:46 / 22.04.2024
212

"Rusiya-Ukrayna müharibəsi davam etdikcə ABŞ-nin artıq Ukraynaya maliyyə yardımını təsdiq etməyəcəyi barədə proqnozlar verilirdi. Ancaq deyilənlərin əksinə bu baş vermədi". 

Bu sözləri politoloq Rüstəm Tağızadə Hit.az-a ABŞ Konqresinin Nümayəndələr Palatasının Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqlənməsini şərh edərkən deyib. 

O, bunun Rusiya-Ukrayna müharibəsinin gedişatına necə təsir göstərəcəyi barədə də danışıb:

348402

"Rusiyanın Ukraynanın Xarkov şəhərinə hücumu ərəfəsində bu yardım Ukrayna üçün vacib idi. Təbii ki, döyüşlərin miqyası genişləndikcə bu müharibədə Rusiya daha aqressiv metodlara əl atır. Yardımdan sonra Rusiya rəsmiləri də siyasi açıqlamalar verdilər. Siyasi açıqlamalarda təəccüb özünü açıq şəkildə göstərdi. Bu yardımların nəticəsində Rusiyanın meydanda itkiləri çoxalacaq".

Ekspert hesab edir ki, yardımın əsas məqsədi Rusiyanın Ukraynadakı irəliləməsinin qarşısını almaqdan ibarətdir:

"Ukrayna Prezidenti Volodomir Zelenski də öz açıqlamalarında dəfələrlə qeyd edib ki, Rusiya Ukraynada qalib gələrsə növbəti hədəf Polşa və Baltikyanı ölkələr olacaq. Əslində bu kimi ssenarilər o halda baş verə bilər ki, ABŞ əlini tam olaraq Avropanın üzərindən götürsün. Ancaq ABŞ Ukraynaya deyil, İsrailə də yardım paketini açıqlayıb".

Rüstəm Tağızadə onu da diqqətə çatdırıb ki, başqa Avropa ölkərindən fərqli olaraq Ukraynada vətənpərlik əhval-ruhiyyəsi böyükdür:

"Onlar öz ölkəsinin işğalı ilə barışmırlar. Rusiyanın əsas məqsədi Ukraynanın cənub şəhərlərini tutmaqdır. Əgər bu baş verərsə Ukraynanın Qara dənizə çıxışı bağlancaq. Ona görə də verilən yardımlardan düzgün istifadə olunsa, Rusiya ordusunun irəliləməsinin qarşısı alınacağını düşünürəm".

Pərviz

0