Stoltenberq: "NATO Ukraynada uzanan münaqişəyə hazırlaşmalıdır"

DÜNYA
17:44 / 22.04.2024
126

Şimali Atlantika Alyansı Ukraynada uzanan münaqişəyə hazırlaşmalı və Kiyevə uzunmüddətli dəstək mexanizmləri hazırlamalıdır. 

HİT.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Amerikanın PBS televiziyasına müsahibəsində bildirib.

"Müharibələr öz təbiətinə görə çox gözlənilməzdir, lakin biz uzun müddətə hazır olmalıyıq. Buna görə də indi NATO daxilində təkcə qısamüddətli dəstəyi deyil, həm də uzunmüddətli dəstəyi institutsionallaşdıra biləcəyimiz yolları nəzərdən keçirməyimiz vacibdir", deyə o bildirib. 

Onun fikrincə, bu, Kiyevə yardımı daha proqnozlaşdırıla bilən və etibarlı edəcək və eyni zamanda sülh danışıqlarına başlamaq imkanlarını da yaxınlaşdıracaq.

Aprelin 2-də "Bloomberg" mənbələrə istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq iyulda Birləşmiş Ştatlarda keçiriləcək alyansın sammitində Ukraynaya beş il ərzində silah tədarükünün ödənilməsi üçün 100 milyard dollarlıq fond yaratmağı, həmçinin koordinasiyanın ötürülməsini təklif edəcək. 

Samir

0