ABŞ seçki günü "dezinformasiya təlaşına" hazırlaşır

DÜNYA
19:40 / 01.11.2024
150

Amerika mediası ABŞ prezident seçkilərində gözlənilən “dezinformasiya təlaşına” hazırlaşır. 

HİT.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti yazır.

“ABŞ xəbər qrupları seçkilər zamanı gözlənilən dezinformasiya ilə mübarizə aparmaq üçün səyləri gücləndirir”, deyə nəşr bildirib.

Beləliklə, Amerika mediası seçici saxtakarlığı ilə bağlı əsassız ittihamlara müqavimət göstərməyə çalışır. Məsələn, "Associated Press"in Vaşinqton bürosunun rəhbəri Anna Consonun qeyd etdiyi kimi, nəşr dezinformasiyaya qarşı mübarizəyə hazırdır, FT xatırladır ki, bu agentlik 1848-ci ildən bəri ABŞ seçkilərində səsləri hesablayır.

Media maqnatı Rupert Merdokun "Fox News" televiziyası qrafikanı təkmilləşdirmək üçün texnologiyaya sərmayə qoyub ki, izləyicilər səslərin sayılmasının nə qədər dəqiq olduğunu əyani şəkildə görə bilsinlər.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Respublikaçılar Partiyasından Donald Tramp və Demokratlar Partiyasının namizədi Kamala Harris dövlət başçısı postu uğrunda mübarizə aparacaq. Tramp artıq 2017-2021-ci illərdə ABŞ prezidenti olub.

Samir
 

0