"ABŞ Ukraynanın məğlub olmasına icazə verərsə, hərbi etibarını itirəcək" - KİV

DÜNYA
18:59 / 01.11.2024
166

Kiyevin Moskva ilə silahlı münaqişədə uduzmasına icazə verərsə, Vaşinqton hərbi nüfuzunu itirəcək. 

HİT.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti təhlükəsizlik sektorunda çalışan adı açıqlanmayan ukraynalı məmura istinadən yazır.

Mənbə qeyd edib ki, ABŞ bu yaxınlarda artıq “fəlakət”lə üzləşib. Bu, 2021-ci ildə Amerika rəhbərliyi qoşunlarını Əfqanıstandan çıxarmaq qərarına gələndə baş verib.

“Əgər üç ildən sonra onlar Ukraynanı məğlub olsa, o zaman ABŞ hər şeyi - hərbi hakimiyyəti itirəcək", deyə rəsmi vurğulayıb.

Noyabrın 1-də ABŞ ordusunun istefada olan polkovniki Lourens Uilkerson "Judging Freedom" "YouTube" kanalı üçün müsahibə verib. Söhbət zamanı o, əmin olduğunu bildirib ki, Vaşinqton və onun müttəfiqlərinin Ukrayna böhranı ilə bağlı alternativ fəaliyyət planı yoxdur.

Ekspertin fikrincə, Kiyev NATO-nun hərəkətləri səbəbindən kritik vəziyyətə düşüb. Lakin Şimali Atlantika Alyansına üzv dövlətlər Ukraynaya lazımi diqqət yetirməyi dayandırıblar, buna görə də ölkənin hərbi qulluqçuları “silahlarını yerə atıb qaçmağa” və ya “ağ bayraqla təslim olmağa” məcbur olurlar.

Samir

0