Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Vaqif oğlu Əliyev vəzifəsindən azad edilib.
APA-nın əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, Tapdıq Əliyev 2019-cü ilin mayın 14-də NMR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun Fərmanı ilə bu vəzifəyə təyin edilmişdi.
![](http://cdn.qaynarinfo.az/2023-12/33f33a1148c81846c470c518feed19b391f2c076-f5b4-4059-abf8-b8b3573c5a61-jpg.jpg)