Azərbaycanda siqaretlər bahalaşır - YENİ QİYMƏT

İQTİSADİYYAT
10:05 / 30.06.2020
3805

Azərbaycanda gələn aydan siqaret və tütün məmulatlarının qiyməti 15 faizə yaxın artacağı gözlənilir.

Artıq bir həftəyə yaxındır şirkətlər tərəfindən mağazalara siqaretin göndərişi dayandırılıb.

Mağaza sahiblərinə gələn ayın 1-dən sonra ölkədə tütün və tütün məmulatlarının istehsalı və satışı ilə məşğul olan şirkətlər tərəfindən siqaretin qiymətinin 20-40 qəpik arası bahalaşacağı xəbərdarlığını da ediblər. 

"LD", "Sobranie", "Kent" və digər markalı siqaretlərin qiymətində 40 qəpiyə qədər artım gözlənilir.

 

4
Mediapost.Az