Naili İmran Aqşin Fateh və Pərviz Bülbülə ilə duet oxuyacaq? - Eksklüziv MÜSAHİBƏ 

MAQAZİN
15:35 / 28.11.2023
3064

"Düşünürəm ki, artıq "Mashup" bir çox müğənninin oxuyub köhnəltdiyi layihədir".

Bu sözləri məşhur müğənni Naili İmran HİT.az-a müsahibəsində deyib. 

Həmin müsahibəni təqdim edirik:

- Naili xanım, sizin Tərlan Novxanı ilə oxuduğunuz mahnılar çox sevilir. Amma uzun müddətdir yeni duetləriniz yoxdur. Yaxın zamanda Tərlan Novxanı ilə yeni duetləriniz olacaq?
- Təbii ki, Tərlan Novxanı ilə dostluğumuz indi də davam edir. Lakin hal-hazırda üzərində işlədiyimiz yeni layihə yoxdur. Amma bu, heç vaxt olmayacaq demək də deyil. Yəni hər an hər şey ola bilər. 

- Son zamanlarda Aqşin Fateh və Pərviz Bülbülə ilə bir çox xanım müğənninin duet oxuduğunu görürük. Fanatlarınız sizin də sözügedən məşhurlarla uğurlu layihələrinizin olacağını düşünürlər. Bəs siz nə deyirsiniz: Naili İmranın Aqşin Fateh və ya Pərviz Bülbülə dueti gözlənilə bilər?
- Hal-hazırda belə bir təklif yoxdur. Amma Aqşin Fateh və ya Pərviz Bülbülə tərəfindən duet təklifi gələrsə, əlbəttə ola bilər. Niyə də yox?

- Bəs başqa müğənnilərlə duet oxumağı düşünürsünüz?
- Bəli, yeni duetlər də oxumaq istəyirəm. Onu deyə bilərəm ki, duet oxumaq istədiyim, amma adını açıqlamaq istəmədiyim sənətçilər var.  Hələ ki, sirr olaraq qalsın

- Sizin sevilən "Popouri"niz var. Amma bəzi müğənnilərin ifasında "Mashup"ların da çox bəyənildiyini görürük. Maraqlıdır, gələcəkdə sizin də ifanızda "Mashup" görə bilərik?
- Düşünürəm ki, artıq "Mashup" bir çox müğənninin oxuyub köhnəltdiyi layihədir. Mən isə yeniliklərin üzərində işləməyin tərəfdarıyam. 

- Azərbaycanda və ya Qazaxıstanda konsert verməyi düşünürsünüz?
- Məni sevənlər və dinləyicilərim sürprizlərlə hazır olsunlar. Sadəcə bunu deyə bilərəm. 

Pərviz Şimşək

0