Puqaçova əntiq əşyalarla bağlı uğursuzluqdan sonra almaz kolleksiyasını satır

MAQAZİN
21:36 / 06.11.2024
280

Prodüser Sergey Dvortsov bildirib ki, Alla Puqaçova Rusiyanı tərk etdikdən sonra ailəsi pul problemi yaşadığı üçün brilyant kolleksiyasını satmaq qərarına gəlib.

Hit.az xəbər verir ki, onun sözlərini kp.ru yayıb.

"Allanın böyük sapfir və almaz kolleksiyası var", deyə prodüser bildirib 

Dvortsov qeyd edib ki, Puqaçova əvvəlcə zinət əşyalarını nəvəsi Klaudiyaya verəcəyini vəd edib. Qız müğənni Kristina Orbakaitenin kiçik qızıdır, o, 2012-ci ildə sənətçinin iş adamı Mixail Zemtsovla evliliyində anadan olub.

Oktyabrın 10-da media Puqaçovanın Qryazidəki qəsrdən əntiq əşyaları çıxarmaq cəhdindən xəbər tutub. "SHOT" "Telegram" kanalı bildirib ki, sənətçinin 20 milyon dollar dəyərində əmlakı Şeremetyevo hava limanından uçmalı idi, lakin yükün gömrükdən keçirilməsinə icazə verilməyib.

Daha sonra vəkil Alrksander Dobrovinski mülkdən olan rəsmlərin bir çoxunun saxta olduğunu bildirib. Rəsmlərin nüsxələri Puqaçovanın Moskva yaxınlığındakı iqamətgahında, orijinalları isə başqa yerlərdə saxlanılır.

Samir

0