Allahverdi Yolçuyev vəsiyyət etdi: “Evimi dağıtmasınlar”

MAQAZİN
20:37 / 27.11.2026
48

Aktyor Allahverdi Yolçuyev vəsiyyətini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, sənətçi övladlarından min bir əziyyətlə aldığı evi satmamalarını, ailə ocağını qoruyub saxlamağı xahiş edib.

“Mən min bir zülmlə pul qazanıb ev almışam. Heç kəs mənə pul verməyib. Dayaq olanlar, yol göstərənlər olub. Böyük vəsiyyətim var - yaratdığım, qurduğum evi dağıtmasınlar, satmasınlar, həmişə bir yerdə yaşasınlar”, – deyə aktyor bildirib.

0