36 yaşlı rusiyalı müğənni 21 yaşlı stüardessa ilə eşq yaşayır? - FOTO/VİDEO

MAQAZİN
18:00 / 20.10.2026
57

Rusiyalı müğənni Həbib Şəripovun özündən 15 yaş kiçik stüardessa ilə münasibətdə olduğu iddia edilir. Sənətçi Türkiyədə gənc xanımla birlikdə istirahət edərkən görüntülənib.

HİT.az xəbər verir ki, bu barədə “Super” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, 36 yaşlı Həbibin Yelizaveta adlı 21 yaşlı stüardessa ilə romantik münasibəti var. Cütlüyün Türkiyədə birgə tətil etdiyi bildirilir.

Məlumata əsasən, müğənni xanımla birlikdə beşulduzlu hotelə yerləşib. Həmin hoteldə üç gecəlik lüks nömrənin qiyməti 122 min rubldan başlayır.

Həbib 2020-ci ildə yayımladığı “Yaqoda Malinka” mahnısı ilə geniş şöhrət qazanıb. O, 2023-cü ilin oktyabrında Yuri Şatunovun xatirəsinə həsr olunan konsertdə də iştirak edib.

Qeyd edək ki, müğənni 2026-cı ilin iyununda gələcək həyat yoldaşının yaşının onun üçün əsas meyar olmadığını açıqlamışdı. Həbib münasibətlərdə ən vacib məqamın qarşılıqlı sevgi olduğunu vurğulamışdı.

Həbibin Yelizaveta ilə münasibətdə olması barədə yayılan məlumatlar isə hələlik nə müğənni, nə də qarşı tərəf tərəfindən rəsmən təsdiqlənib.

Samir

0