5 min il yaşı olan ağac

19:11 / 30.05.2023
523

Çilidəki Patanqoniya sərv ağacı əsrlər boyu özünü qoruyur.

HİT.az xəbər verir ki, 5 min ildən artıq yaşayan ağac iqlim dəyişikliyi ilə mübarizədə alimlərə əlavə ipuçları verir.

Patanqoniya nə yanğınlardan zərər görüb, nə budağı kəsilib, nə də iqlim dəyişikliyindən təsirlənib.

Çilinin cənubundakı meşədə yerləşən ağac "ulu baba" adlandırılır. Hündürlüyü 28 metr, diametri isə 4 metrdir. 5000 ildən artıq yaşayan Pataqoniya sərv ağacı sübutlar təsdiqlənərsə, dünyanın ən qədim ağacı kimi tanınan Kaliforniyanın Bristelcone şamını geridə qoyacaq.

Ağacın gövdəsi alimlərə onun planetdəki iqlim dəyişikliklərinə necə uyğunlaşdığına dair əvəzsiz məlumatlar təqdim edir.

Samir

0