Demans riskini azaldan hibbilər: kompüter, krossvord, şahmat...

MARAQLI
13:34 / 13.07.2023
206

Monaş Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, kompüterdən istifadə, krossvordlar həll etmək və şahmat oynamaq demensiyanın qarşısını almaq üçün toxuculuq, rəsm çəkmək və ya müntəzəm ünsiyyətdən daha təsirli bir üsul ola bilər. 

HİT.az xəbər verir kiƏ, araşdırma "JAMA Network Open" jurnalında dərc olunub.

Tədqiqatın müəllifləri yaşı 70 və yuxarı olan 10 318 avstraliyalının məlumatlarını təhlil ediblər. Onlar müəyyən ediblər ki, mütəmadi olaraq maarifləndirici dərslərə qatılan, gündəliklər saxlayan, kompüterdən istifadə edən və krossvordlarla məşğul olan iştirakçıların həmyaşıdları ilə müqayisədə demans inkişaf riski 9-11% azdır.

Yaradıcı hobbilər (tikmə, ağac emalı, toxuculuq və rəssamlıq), eləcə də oxumaq və musiqi dinləmək kimi daha passiv fəaliyyətlər demans riskini 7% azaldıb.

Sosial əlaqələrin sayı və kinolara, muzeylərə və ya restoranlara getmə tezliyi demans riskinin azalması ilə əlaqəli deyil.

Nəticələr hətta təhsil səviyyəsinə və sosial-iqtisadi vəziyyətə düzəliş edildikdən sonra da statistik əhəmiyyətli olaraq qalıb. Kişilər və qadınlar arasında əhəmiyyətli fərqlər aşkar edilməyib.

2022-ci ildə dünyada 55 milyon insan demensiyadan əziyyət çəkdiyi açıqlanıb və hər il 10 milyon yeni demens diaqnozu qoyulur. Müəlliflər qeyd ediblər ki, demensiyanın qarşısını almaq və ya yavaşlatmaq üçün strategiyaların müəyyən edilməsi mühüm qlobal problemdir.

Alimlər vurğulayırlar ki, onların işi asudə vaxt fəaliyyəti ilə demans riskinin azalması arasında səbəbli əlaqəni nəzərdə tutmur. Onlar həmçinin istisna etmirlər ki, daha çox intellektual asudə vaxt keçirməyə üstünlük verən insanlarda sağlam həyat tərzi ilə bağlı müəyyən şəxsiyyət xüsusiyyətləri də olur və bu, təhlilin nəticələrini izah edir.

Demensiya - əsas xarakteristikası əvvəlki vəziyyətlə müqayisədə bir çox koqnitiv (əqli) qabiliyyətin pisləşməsi ilə gedən müxtəlif xəstəliklərin simptomlarından biridir. O beynin müxtəlif degenerativ və qeyri-degenerativ xəstəlikləri səbəbindən yarana bilər. Termin latınca demens sözündən gğötürülüb və "intellektin azalması" kimi tərcümə oluna bilər. Demensiyanın simptomlarının təsviri koqnitiv, emosional və sosial bacarıqların itirilməsini əhatə edir. Hər şeydən əvvəl qısamüddətli yaddaşa, düşünmə bacarıqlarına, dil və motor bacarıqlara təsir edir; bəzi formalarda şəxsiyyətin dəyişilməsi də baş verir. Demensiyanın ayırıcı əlaməti ömür boyu qazanılan düşünmə bacarıqlarının itirilməsidir (anadangəlmə əqli geriliyin əksinə).

Samir

0