Azərbaycanda yağıntılar nə üçün azalıb?

ÖLKƏ
14:16 / 20.11.2023
714

Son illərdə ölkəmizdə yağışların intensivliyinin azaldığı müşahidə olunur. 

Bu səbəbdən də Azərbaycandakı göllərdə və çaylardan suyun səviyyəsi aşağı enib. Hətta zaman-zaman su ehtiyatlarının azaldığı ilə bağlı xəbərdarlıqları da eşidirik. 

Ümumiyyətlə, son illərdə yağıntıların azalması nə ilə bağlıdır?

“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli HİT.az-a açıqlamasında bildirib ki, yağıntıların azalması qlobal istiləşmə ilə bağlıdır:

"Əslində Azərbaycanda yağıntılar o qədər də azalmayıb. Ümid edirəm ki, bu qışda yağıntılar bol olar. Xüsusilə, qarın çox yağması su ehtiyatlarımızı bir az tənzimləyər. Ümumiyyətlə, yağıntıya təkcə Bakı ilə baxmaq doğru deyil. Çünki Bakı səhra şəhəridir. Abşeron yarımadası da faktiki olaraq səhralıq ərazidir. Biz əhalini daha çox paytaxta yerləşdirdiyimiz üçün buranı su ilə təmin etməyə çalışırıq". 

338229

Həmsöhbətimizin fikrincə, Bakıya intensiv yağış yağmadığından şikayət etmək də doğru deyil:

"Çünki dağlarımıza kifayət qədər yağış düşür, zaman-zaman qar da yağır. İnşallah bu il ötənilki kimi quraqlıq olmaz və qar yağışına, yağmurlara şahidlik edərik. Yəni qışda qar çox yağarsa, su ehtiyatları artır. Məsələn, Azərbaycanda az da olsa buzlaq sahələri var, amma onlar kiçilib. Həmin buzların kiçilməsi su ehtiyatlarını azaldır. Yəni bulaqlara axan su buzlaqlardan qarın altından gedir. Əlbəttə ki, yağış yağması su bəndlərinin, göllərin dolmasına səbəb olur. 

Amma yağışlar o qədər intensiv olmalıdır ki, göllərə təsir edə bilsin. Çaylarda suyun artması da adətən yaz aylarına təsadüf edir. Yəni qar əriyən vaxtda bu artım qeydə alınır. Amma son illərdə ölkəmizə çox qar yağmadığı yaz aylarında çaylarda suyun artması baş vermir. Həm təsərrüfatımız, həm də su ehtiyatlarımız bundan yararlanar".

Pərviz

0