Zibilliyə çevrilən tarixi hamamla bağlı aidiyyəti qurum hərəkətə keçdi - FOTO

ÖLKƏ
15:02 / 13.04.2024
522

Sumqayıt şəhərinin Corat qəsəbəsində beş yüz illik tarixə şahidlik edən Hacı Məcid hamamının ətrafı zibil tullantılarından təmizlənib və ərazi artıq nəzarətə götürülüb.

Bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, Corat qəsəbəsində yerləşən tarixi Hacı Məcid hamamının ətrafında mütəmadi olaraq təmizlik işləri aparılır və sakinlərlə maarifləndirici görüşlər keçirilir. Buna baxmayaraq, bəzi hallarda hamam ətrafında tullantılara rast gəlinir. Bu cür halların təkrarlanmaması üçün ərazi artıq nəzarətə götürülüb.

Qeyd edək ki, ötən gün Oxu.Az-ın redaksiyasına tarixi hamam ərazisinin baxımsızlıqdan zibilliyə çevrilməsi ilə bağlı sakinlərin şikayəti daxil olmuşdu.

0