DÜNYA
22:27 / 22.05.2020
1079

Amerikalı milyarderlər pandemiyadan nə qədər qazanıb? (SİYAHI)

Koronovirus pandemiyası dövründə amerikalı milyarderlər sərvətlərini ciddi şəkildə artırıblar.

Bu barədə “Americans for Tax Fairness” və “Institute for Policy Studies”ın araşdırmasında deyilir.

“ABŞ-ın ən varlı 600+ sakini” siyahısındakı adamlar 18 mart -19 may tarixlərində ümumilikdə 434 milyard dollar qazanıblar. Mart ayında ABŞ-da 614 milyarder qeydə alınmışdısa, may ayında bu rəqəm 630 nəfər olub.

Pandemiyadan ən çox “Amazon”nun sahibi Ceff Bezos (+34,6 milyard dollar), “Facebook”un sahibi Mark Zukerberq (+25,3 milyard), “Microsoft”un yaradıcısı Bill Geyts, “Oracl”ın təsisçisi Larri Ellion (+7 milyard), “Berkshire Hathaway” direktoru Uorren Baffet (+564 milyon) qazanıb.

Ən çox uğur qazanan şirkətlər texnologiya sektorunun şirkətləri olub. Çünki karantin tətbiq üzündə bir çox prosesi onlayn formata keçirdilər.

0
Avropa.info