“iPhone”da fiziki məhdudiyyətli insanlar üçün yeni funksiyalar olacaq

20:20 / 19.05.2022
3967

ABŞ-ın "Apple" şirkəti fiziki məhdudiyyətli "iPhone" sahibləri üçün bir sıra yeni funksiyaları elan edib.

Hit.Az oxu.az-a istinadən xəbər verir ki, onların hamısı 2022-ci ilin sonuna kimi smartfonlarda görünəcək.

Yeniliklər arasında qapının aşkarlanması funksiyası da var - o, görməyən və görmə qabiliyyəti zəif olan istifadəçilərə qapıların yerini, onlara olan məsafəni və açılma istiqamətini müəyyənləşdirməyə kömək edir. Smartfon bütün bunları lidarların və daxili süni intellektin köməyi ilə edir.

Bundan əlavə, "Apple" cihazlarında saatı smartfon ekranından idarə etməyə imkan verən "Apple Watch" "yansıtma" funksiyası da olacaq. Həmçinin, "Apple Watch" istifadəçiləri üçün yeni nəzarət jestləri də əlçatan olacaq. Bu, adətən görüntünü kiçiltmək üçün istifadə edilən jestdir. Şirkətdən verilən məlumata görə, bu xüsusiyyətlər qadcetlərin hərəkət məhdudiyyəti olan insanlar üçün istifadəsini asanlaşdırır.

"FaceTime" zənglərinin interfeysi də dəyişəcək - ora zəif eşidən və eşitməyən istifadəçilər üçün "canlı" subtitrlər əlavə olunacaq.

0