Dünyanın ən qısa müddət davam edən müharibələri - SİYAHI

MARAQLI
17:47 / 25.05.2023
1463

Təəssüf ki, tarixin hər dövründə müharibələr baş verib.

Bəzi müharibələr çox uzun illər davam etsə də, bəziləri isə qısa müddətdə başa çatır. Müharibələrin həm ən uzun müddət, həm də ən qısa müddət davam edənləri tarixə keçir. 

Maraqlıdır, tarixin ən qısa müddət davam edən müharibələri hansılardır?

HİT.az sizin üçün dünyanın ən qısa müddətdə başa çatan müharibələrinin siyahısını təqdim edir:

1. Falklands müharibəsi: 42 gün
1982-ci ildə Argentina ilə İngiltərə arasında baş verib. İngilislər 42 gün sonra qələbə qazanıblar. 

2. Polşa - Litva müharibəsi: 37 gün
1920-ci ildə baş tutan müharibə 37 gün sonra Polşanın zəfəri ilə yekunlaşıb.

3. İkinci Balkan müharibəsi: 32 gün
1913-cü ildə Yunanıstan, Serbiya, Monteneqro, Rumıniya, Osmanlı İmperiyası Bolqarıstana qarşı savaş açıb. Nəticədə Bolqarıstan 32 sonra məğlub olub.

4. Türk - Yunan müharibəsi: 30 gün
1897-ci ildə Osmanlı İmperiyası ilə Yunanıstan arasında qısamüddətli müharibə baş verir. 30 günün sonunda türklər qələbə qazanır.

5. Çin - Vietnam müharibəsi: 27 gün
1979-cu ildə Çinlə Vietnam arasında yaşanıb. 27 gün sonra isə hər iki tərəf də qalib gəldiyini elan edib.

6. Gürcüstan - Ermənistan müharibəsi: 24 gün
1918-ci ildə Gürcüstanla Ermənistan arasında 24 günlük müharibə olub. Mübahisəli ərazinin birgə nəzarətə verilməsi ilə birlikdə müharibə dayanıb.

7. Serb - Bolqar müharibəsi: 14 gün
1885-ci ildə Serbiya Krallığı və Bolqarıstan Krallığı arasında 14 günlük müharibə baş verir. Savaş ikinci tərəfin qələbəsi ilə yekunlaşır.

8. Hindistan - Pakistan müharibəsi: 13 gün
1971-ci ildə Hindistanla Pakistan arasında savaş yaşanır. Lakin bu müharibədə fərqli nəticə qeydə alınır. Belə ki, 13 günün sonunda Banqladeş müstəqilliyini elan edir.

9. 6 gün müharibəsi
1967-ci ildə Misir, Suriya, İordaniya və İraq İsrailə qarşı müharibə elan edirlər. Amma İsrail sadəcə 6 gün ərzində qələbə qazanır.

10. İngiltərə - Zanzibar müharibəsi: 45 dəqiqə
1896-cı ildə İngiltərə ilə Zanzibar arasında yaşanan toqquşma dünyanın ən qısa müddətli müharibəsi olaraq tarixə keçib. Sadəcə 45 dəqiqə sonra ingilislər qələbə qazanmağa nail olub.

Pərviz

0